Seçkidən sonra o da gedəcək... - Diasporla İş üzrə Dövlət Komitəsi ləğv oluna bilər

Seçkidən sonra o da gedəcək... - Diasporla İş üzrə Dövlət Komitəsi ləğv oluna bilər 11 Aprel seçkilərindən sonra daha bir məmurun postu ilə vidalaşacağı haqda məlumat yayılıb. Bu barədə DİA.AZ-a məlumatlı mənbələrdən daxil olan informasiyada qeyd olunur ki, gözlənilən seçkilərdən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun də görəvdən alınması nəzərdə tutulub.

Mənbənin söylədikləri: "Ola bilsin ki, ümumiyyətlə, Diasporla İş üzrə Dövlət Komitəsinin özü ləğv edilərək Mədəniyyət və Turizm Nazirliyinə tabe etdirilsin. Belə bir ideya mövcuddur".

Mənbə onu da bildirib ki, komitə nazirliyin bir departamenti kimi fəaliyyətini göstərdiyi təqdirdə belə, Nazim İbrahimovun vəzifədə saxlanılması gözlənilmir: "Necə ki, Nəqliyyat nazirliyi ləğv olundu, Ziya Məmmədov işsiz qaldı, anoloji aqibəti Nazim İbarhimov da yaşaya bilər".
Geri qayıt