Abıyev Kərəm Həsənovla Elmar Vəliyevə bata bilmədi - filiz talanı...

Abıyev Kərəm Həsənovla Elmar Vəliyevə bata bilmədi - filiz talanı... “Daşkəsən Filizsaflaşdırma” ASC son 14 ildə iki dəfə xarici investorlara (“Aldex Limited”, Britaniya, “Det.Al Metal Limited”, BƏƏ) satılıb

Hər özəlləşdirmənin nəticələri ləğv olunub.

2013-cü ildə kombinatın bazasında səhmləri dövlətə məxsus “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC yaradılıb və üç il sonra ləğv edilib.
2011-ci ildə kombinat Birləşmiş Ərəb Əmirliklərində yaradılmış “Det.Al Metal Limited” şirkətinin nəzarətində olarkən, burada 214 min ton dəmir filizi konsentratı istehsal olunmuşdu.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə istehsal 25 min tona düşüb. 2013-cü ildə “Baku Steel Company” MMC ilə Almaniyanın “Siemens” şirkəti arasında anlaşma memorandumu imzalanıb.
“Siemens” şirkətinin vitse-prezidenti Alferd Pisinger və “Baku Steel Company”nin (BSC) Müşahidə Şurasının sədri Rasim Məmmədovun imzaladığı anlaşma memorandumunda bildirilir ki, Daşkəsəndə mövcud filiz saflaşdırma kombinatının yerində illik hasilatı 5 milyon ton dəmir konsentratı olan müasir tipli filiz saflaşdırma kombinatı inşa ediləcək.
BSC isə yeni metallurgiya güclərinin tikintisinə 300 min avro investisiya qoymaq niyyətində olduğunu açıqlayıb. Lakin sonradan məlum olub ki, hökumətin bu müqavilədən xəbəri belə yoxdur.
Özəlləşdirməyə açılmazdan öncə “Daşkəsən Filizsaflaşdırma” ASC-nin İdarə Heyətinin sədri Ələddin Sadıqov 10 ildən çoxdur tutduğu vəzifədən azad edilib.
Müəssisəyə rəhbərlik “Yeni Həyat” şirkətlər qrupunun idarə heyətinin sədri vəzifəsində çalışmış Fərid Əsədova həvalə edilib.
“Daşkəsən Filizsaflaşdırma”nın materiallarından ətraf rayonlarda ticarət mərkəzlərinin tikintisində istifadə olunduğu, bəzi hallarda qiymətli metalların qanunsuz yollarla satıldığı deyilir.
Daşkəsənin icra başçısı Əhəd Abıyev kombinatın ələ keçirilməsi üçün açıq savaşa girişmişdi. Əmlak Komitəsinin balansından olan kombinat isə hələ də K.Həsənov tərəfindən talanır.
Komitə sədrinin qudası olan Gəncənin icra başçısı isə təzə tikdirdiyi bazara kombinatın materiallarını daşıdıb.
Ə.Abıyev K.Həsənov və E.Vəliyevlə mübarizə aparsa da, açıq şəkildə kombinat uğrundan maraqlı qüvvələrin olduğunu desə də, onlara bata bilmədi.
İcra başçısı ilə komitə sədrinin davası çoxdan başlanıb. Komitə sədri ilə icra hakiminin çoxdankı ədavəti Ə.Abıyevin kürəkənini vəzifədən azad etməklə alovlanıb.
Belə ki, cenubxeberleri.com komitənin 8 saylı Ərazi İdarəsinin Masallı rayon şöbəsinin rəisi Cəfər Gözəlovun tutduğu vəzifədən azad edildiyini yazmışdı.
Vəzifəsi ilə vidalaşan C.Gözəlov Daşkəsənin icra başçısı Ə.Abıyevin bacısının həyat yoldaşıdır və onun işdən qovulması aranı pisləşdirib.
Bu da əslində, komitə sədri ilə icra başçısı arasında münasibətlərin yeni müstəvidə gərginləşməsi ilə müşayiət olunub.
Həmçinin, Daşkəsən İH-nin açıqlamasından belə nəticə hasil olurdu ki, Ə.Abıyev kombinat məsələsini açıq şəkildə dediyi üçün kimlərsə aprel qazisini məqsədli şəkildə təlimat verərək mətbuata çıxarıblar.
Ə.Abıyev Əmlak Komitəsinin balansında olan filiz kombinatını tamamilə K.Həsənovun nəzarətindən çıxarmağa səy göstərir.
Zaqafqaziyada yeganə dəmir filizi dağ-zənginləndirici müəssisə “Daşkəsən Filizsaflaşdırma” özəlləşdiriləcəyi günü gözləyir.
Ölkə prezidentinin 13 iyul 2016-cı il tarixli sərəncamı ilə “Daşkəsən Filizsaflaşdırma” ASC özəlləşdirilmək məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin balansına verilib və müəssisənin özəlləşdirilməyə çıxarılması üçün 3 ay vaxt qoyulub.
Həmin gündən 1 il 6 ay vaxt keçib, müəssisə özəlləşdirilməyib. “Daşkəsən Filizsaflaşdırma” rayonda yeganə müəssisədir ki, vaxtilə orada 2 mindən artıq işçi çalışıb.
Hazırda isə müəssisənin 340 işçisi var. 2015-ci ildə müəssisə fəaliyyətini tam olaraq dayandırıb.
Bundan sonra bir tərəfdən rayonun sərt iqlimi, digər tərəfdən pulsuzluq fəhlələrin durumunu son həddə qədər qəlizləşdirib.
Köhnə rəhbərlik vergi, sosial sığorta, elektrik enerjisinə görə borcları vaxtında ödəməyib. Yeni təyin olunan Fərid Əsədov isə hesaba pul yatıra bilmir.
Dövlət Sosial Müdafiə Fondu, ”Azərişıq" müəssisənin hesabına sərəncam qoyub. Müəssisəni milyonlarla manat borca salıblar.

Bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Fia.Az
Geri qayıt