“Fövqəlnazir”lə Cavid Qurbanovun adına çıxan “KFC” bağlandı – Foto

“Fövqəlnazir”lə Cavid Qurbanovun adına çıxan “KFC” bağlandı – Foto Bir neçə il idi ki, KFC restoranı elektrik dəmiryol vağzalının tarixi binasını zəbt etmişdi. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qorunan abidə 1926-cı ilə aiddir.

► Tarixi bina azad oldu

Cəfər Cabbarlı heykəlinin yanında, şəhərin mərkəzində yerləşən tarixi abidə deyəsən, KFC restoranından azad olunub. Ərazidə çəkiliş apararkən buna şahid olduq.
Bina təmir olunur, restoran bağlanıb və görünür ki, tənqidlərdən nəticə çıxarılıb. Çünki tarixi bir abidənin hansısa restorana verilməsi rüsvayçılıq idi.
Ancaq gördüklərimiz bizi aldatmış da ola bilər. Bəlkə də təmirdən sonra KFC yenə həmin binaya qayıdacaq.
Bu o zaman idi ki, Ziya Məmmədov nəqliyyat naziri işləyirdi və KFC restoranları oğlu Anar Məmmədova verilmişdi.
Ancaq Məmmədovlar erası bitər-bitməz KFC restoranlarını yönəldən “AFK” şirkətinin sahibliyi yenidən dəyişdi.
Hazırda “Gilan Holding” bu şirkəti özünün pərakəndə biznes üzrə törəmə qurumlarından birinə aid edir.
Holdinqin isə fövqəladə hallar naziri Kamaləddin Heydərovun əsas biznes səltənəti olması heç kəsə sirr deyil.

► KFC-ni kim açdı, kimə nəsib oldu?

Bunadək «AFK» MMC-ni (VÖEN 1701109091) «Qarant Holdinq» MMC öz biznes portfelinə daxil edirdi.
Holdinq bir müddət bundan öncə kredit öhdəliklərini vaxtında icra etməklə bağlı problemlə üzləşmişdi və iş məhkəməyə qədər gedib çıxmışdı.
«Paşa Bank» ASC «Qarant Holdinq» MMC və keçmiş nəqliyyat nazirinin oğlu Anar Məmmədovla kredit borcunun məhkəmədən kənar həll olunduğunu açıqlamışdı.
Məşhur KFC fast-fud restoranlarını Azərbaycana 2010-cu ildə başqa bir iş adamı, «PNN Group» şirkətinin vitse-prezidenti Nəsib Piriyev gətirmişdi.
O, «AFK» MMC-ni qurdu, Bakıda bir- birinin ardınca 3 restoran açdı, şirkətin kapitalını 5,6 milyon manata çatdırdı.
Sonradan şirkət Anar Məmmədova ötürüldü. Ondan da “Gilan” alaraq öz əlində cəmləşdirdi.

► Cavid Qurbanovun oğlu?

Lakin Türkiyənin məşhur “Hürriyyət” qəzeti bir müddət əvvəl yazmışdı ki, KFC restoranları “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun oğluna məxsusdur.
Bu şirkətin Bakıdakı ən böyük restoranının 28 may metrosunun yaxınlığındakı “Azərbaycan Dəmir Yolları” QSC-nin balansında olan binada yerləşməsi heç də təsadüf deyilmiş. Hazırda bu şirkətə onun oğlu Şəmşir Şəmşirlinin rəhbərlik etdiyi vurğulanır.
İndi fast-fud restoranlar şəbəkəsinin K.Heydərov yoxsa C.Qurbanova məxsus olduğu səhih olaraq bilinmir. Sadəcə, sənədlərdə “Gilan”a keçdiyi təsdiqlənir.
Xatırladaq ki, 2016-cı il sentyabrın 14-də “28 May” metrosu yaxınlığında yerləşən həmin “KFC”-də üç uşaq yeməkdən zəhərlənmişdi.

AzEuroNews.com

“Fövqəlnazir”lə Cavid Qurbanovun adına çıxan “KFC” bağlandı – Foto
“Fövqəlnazir”lə Cavid Qurbanovun adına çıxan “KFC” bağlandı – Foto
“Fövqəlnazir”lə Cavid Qurbanovun adına çıxan “KFC” bağlandı – Foto
“Fövqəlnazir”lə Cavid Qurbanovun adına çıxan “KFC” bağlandı – Foto
Geri qayıt