Prokurorluq Xaləddin İsgəndərovun 18 sərəncamını LƏĞV ETDİ

Prokurorluq Xaləddin İsgəndərovun 18 sərəncamını LƏĞV ETDİ Sabiq vergilər naziri Fazil Məmmədovun yeznəsi olan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun 18 sərəncamı ləğv olunub.

Bu barədə etibarlı mənbədən məlumat daxil olub.

Məlumatda bildirilir ki, icra başçısının Binəqədi rayonu ərazisində tikinti ilə bağlı verdiyi 18 sərəncam prokurorluğun təqdimatı ilə ləğv olunub.
Əldə etdiyimiz informasiyada həmçinin, o da qeyd olunur ki, həmin 18 sərəncamın bir neçəsi ictimai iaişə obyektləri, digərləri isə yüksək vəzifəli şəxslərə məxsus villalarla bağlıdır.
Xatırladaq ki, icra başçısının həbsi üçün artıq hüquq-mühafizə orqanları tərəfindən ilkin addımlar atılmağa başlayıb. Belə ki, Xaləddin İsgəndərov Binəqədi rayonu “Zeytunluq” adlanan ərazidəki yarımçıq tikilidə yaşayan insanların yeni mənzillərə köçürülməsi prosesi ilə bağlı külli miqdarda maliyyə yeyintilərinə yol verib.
Məlumatda həmçinin, o da qeyd olunur ki, yeni mənzillərə köçən insanlara təqdim olunan evlərin sahəsinin genişliyinə görə onlardan əlavə pul alınıb. Mənzillərin bölgüsü şəffaf aparılmayıb.
Bildirilir ki, artıq prokurorluq və polis tərəfindən birgə istintaq qrupu yaradılıb. Dünən – yanvarın 7-si həftənin istirahət günü olmasına baxmayaraq, həmin insanlar ifadə vermək üçün avtobuslarla Binəqədi Rayon Polis İdarəsinə aparılıblar.
Bu faktlar onu göstərir ki, Xaləddin İsgəndərovun həbs olunması ilə bağlı versiyalar yaxın zamanlarda öz təsdiqini tapacaq.

Gununsesi.info
Geri qayıt