İlham Əliyev Tərtər rayonunda səfərdədir

İlham Əliyev Tərtər rayonunda səfərdədir Azərbaycan prezidenti İlham Əliyevin Tərtər rayonuna səfəri başlayıb.

Dövlət başçısı Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov son illər rayonda görülən işlər, həyata keçirilən layihələr barədə dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyektləri tikilib, istehsal müəssisələri yaradılıb.
Geri qayıt