Lavrov Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi - FOTO

Lavrov Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi - FOTO Azərbaycanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyəti noyabrın 20-də Fəxri xiyabana gələrək Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Geri qayıt