Mədət Quliyev veloyürüşdə - Fotolar

Yürüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, DTX-nin velosiped klubunun və AzVİF-in üzvləri, eləcə də həvəskar velosipedçilər iştirak ediblər.
DTX-nin binası qarşısından start götürən veloyürüş Heydər Əliyev Sarayının qarşısında başa çatıb. Yürüşə qatılan 200-dən artıq velosipedçi 12 kilometr məsafə qət edib.
Veloyürüş iştirakçıları Heydər Əliyev Sarayının qarşısındakı parkda Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri qoyublar.





