Akif Çovdarova hökm oxundu

Akif Çovdarova hökm oxundu Bu gün həbs edilən MTN generalı Akif Çovdarov və əməkdaşları, polkovnik Səlim Məmmədov, Akif Əliyev, Orxan Osmanova hökm oxunacaq.

Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun icraatında olan prosesdə hakimlər kollegiyası adıçəkilən şəxslər barədə qərar verəcək.

Hökmdə onların əmlaklarının müsadirə edilməsi, hərbi rütbələrinin alınıb-alınmamasına da baxılacaq. İstintaq zamanı təqsirləndirilən şəxslərin 33,5 milyon manatlıq mülkləri üzərinə həbs qoyulub.

Hökm saat 14:30-da Sabunçu rayon Məhkəməsinin inzibati binasında elan ediləcək.

Xatırladaq ki, dövlət ittihamçısı çıxış edərək A.Çovdarovun 15 il, S.Məmmədovun 12 il, A.Əliyev və O.Osmanovun hər birinin isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Geri qayıt