DTX Xırdalanda da əməliyyat keçirib - “Molotov kokteyli”, qumbara...
Oktyabrın 25-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən müxtəlif dini etiqadlara mənsub üç silahlı şəxsin zərərsizləşdirilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri keçirilmiş ünvanda - Abşeron rayonu, Xırdalan şəhərində yerləşən mənzilə Abşeron rayon prokurorluğunun və Baş Prokurorluğun Kriminalistika şöbəsinin prokuror-kriminalistlərinin iştirakı ilə baxış keçirilib.
Baş Prokurorluqdan verilən məlumata görə, baxış zamanı mənzildən 5 ədəd patronla birlikdə 1 ədəd “Makarov” markalı tapança, 2 ədəd partlayışa hazır vəziyyətdə olan əl qumbaraları, 7 ədəd hazır vəziyyətdə şüşə butulkalarda kustar üsulla hazırlanmış “Molotov kokteyli”, həmin partlayıcı-yandırıcı predmetlərin alışması üçün nəzərdə tutulmuş xeyli sayda alışdırıcılar, “Molotov kokteyli”nin hazırlanması üçün nəzərdə tutulmuş 4 ədəd alışdırıcı maye ilə dolu 5 litrlik plastik qablar aşkar edilələrək müvafiq qaydada qablaşdırılıb və maddi sübut kimi götürülüb.
Faktla bağlı hazırda Abşeron rayon prokurorluğunda araşdırmalar davam etdirilir.
Geri qayıtBaş Prokurorluqdan verilən məlumata görə, baxış zamanı mənzildən 5 ədəd patronla birlikdə 1 ədəd “Makarov” markalı tapança, 2 ədəd partlayışa hazır vəziyyətdə olan əl qumbaraları, 7 ədəd hazır vəziyyətdə şüşə butulkalarda kustar üsulla hazırlanmış “Molotov kokteyli”, həmin partlayıcı-yandırıcı predmetlərin alışması üçün nəzərdə tutulmuş xeyli sayda alışdırıcılar, “Molotov kokteyli”nin hazırlanması üçün nəzərdə tutulmuş 4 ədəd alışdırıcı maye ilə dolu 5 litrlik plastik qablar aşkar edilələrək müvafiq qaydada qablaşdırılıb və maddi sübut kimi götürülüb.
Faktla bağlı hazırda Abşeron rayon prokurorluğunda araşdırmalar davam etdirilir.