Gürcüstanın DİN rəhbəri Çovdarova görə Marneulidə

Gürcüstanın DİN rəhbəri Çovdarova görə Marneulidə “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasından rayon bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülən Ceyhun Çovdarovun güllələnməsindən bir neçə saat sonra Gürcüstanın daxili işlər naziri Georgi Mqrebrişvili Marneuliyə gedib.

Gürcü KİV-nə istinadən xəbər veririk ki, Mqrebrişvili jurnalistləri insidentlə bağlı ilkin versiyalar irəli sürməkdən uzaq durmağa çağırıb:

“Baş verən faktla bağlı istintaq aparılır. İnsidentə siyasi nəzərdən baxmaq lazım deyil. Baxmayaraq ki, biz bütün versiyalar üzərində işləyirik, xahiş edirəm bu mövzu ilə bağlı siyasi motivlər yığışdırılsın”.

Nazir, həmçinin bildirib ki, yaralılara ilkin tibbi yardım göstərilib, həyati təhlükələri yoxdur.
Geri qayıt