“Ali Baş Komandan İlham Əliyevin əmri ilə silah götürməyə hazıram” - Şəhidin atası

“Ali Baş Komandan İlham Əliyevin əmri ilə silah götürməyə hazıram” - Şəhidin atası 2016-cı ilin dekabr ayının 29-da Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən şəhid olmuş əsgər Çingiz Qurbanovla bu gün vida mərasimi keçirilib.
Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində keçirilən mərasimdə müdafiə naziri general-polkovnik Zakir Həsənov, Azərbaycanın Milli Qəhrəmanı, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev, yüksək rütbəli hərbçilər, ictimaiyyət nümayəndələri, şəhidin hərbçi yoldaşları, ailə üzvləri və sadə vətəndaşlar iştirak edib.
Mərasimində şəhidin atası Salman Qurbanov çıxış edib. O, oğlu Çingiz Qurbanovun 40 gündür, şəhid olduğunu xatırladıb. S.Qurbanov dövlət başçısına təşəkürünü bildirib. "Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmri ilə silah götürməyə hazıram", - deyə, o, vurğulayıb.
Şəhidin nəşi torpağa tapşırılmaq üçün Qusar rayonuna aparılıb.
Qeyd edək ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin səyi nəticəsində Çingiz Qurbanovun nəşi fevralın 5-də Azərbaycana geri qaytarılıb.
Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə hərbi qulluqçunun meyitinin geri alınması prosesi Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində baş tutub.
Geri qayıt