“Təfəkkür”niyə bağlandı? - rektorun istefası, prorektorun qətli, Çovdarov işi, yeyintilər...

“Təfəkkür”niyə bağlandı? - rektorun istefası, prorektorun qətli, Çovdarov işi, yeyintilər... Azərbaycan Beynəlxalq Universiteti kimi (ABU) “Təfəkkür” universitetinin analoji taleyi yaşayacağı haqda uzun zamandır yazılanlar gerçəkləşdi

Universitetin Təsisçilər Şurasımaliyyə vəziyyətində yaranmış problemlərlə əlaqədar fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib. Bu barədə nazirlik rəsmi məlumat yayıb.

İşçi qrupuna universitetdə təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsi ilə bağlı təkliflər hazırlayıb nazirliyin rəhbərliyinə təqdim edilməsi və digər təşkilati tədbirlərin görülməsi tapşırılıb.

Tələbələrə ixtisasları, habelə qəbul imtahanlarında topladıqları balları nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrində maneəsiz yerləşdirilməsi üçün lazımi şərait yaradılacaq. Eyni zamanda köçürüləcək universitetlərdə onlar üçün təhsil haqqının artımına yol verilməyəcək.

Tələbələrdən qış imtahan sessiyasının başa çatmasından sonra universitetdə fəaliyyət göstərəcək İşçi qrupla əlaqə saxlanılması xahiş olunur.

Bu təhsil ocağının yaxın vaxtlarda bağlanacağı rektor Müşfiq Atakişiyevin səhhəti ilə əlaqədar istefa verməsindən bilinirdi.

Müəmmalı şəkildə istefaya gedən rektorun siyasi dayaqlarını itirdiyi deyilirdi. “Təfəkkür” hər zaman rüşvətin adiləşdiyi, təhsilin olmadığı bir bazar müəssisəni xatırladırdı. Son olaraq universitetin adı prorektorun qətlində hallanırdı.

“Təfəkkür” universitetinin mərhum prorektoru Tariyel Əhmədovun oğlu Zaur Əhmədov atasının qətlinin təkrar araşdırılmasını tələb edirdi.

Onun sözlərinə görə, atası 2011-ci ilin 16 sentyabrında sübh tezdən yaşadığı evin yaxınlığında yerləşən idman meydançasında qətlə yetirilib: “Bu ölüm işinə görə CM-nin 120.1-ci qəsdən adam öldürmə madəsi ilə Yasamal rayon Prakurorluğunda cinayət işi başlandı.

Amansız qətldən 5 il keçməsinə baxmayaraq hələ də heç bir irəliləyiş yoxdur. Biz dəfələrlə bu qətlin həyata keçməsində Universitetin həmtəsisçiləri sabiq rektor Müşfiq Atakişiyev və bu gün tək şəriksiz qalan 1-ci prorektoru Rahim Hüseynovu ittiham etmişik.

Bu səbəbsiz deyil. Atam qeyd etdiyim kimi Universitetin həmtəsisçilərindən biri idi. Öldürülməsəydi, növbəti ildə həmtəsisçilər arasında razılığa görə rektor olmalı idi. Qətlin baş verməsinin səbəblərindən biri bax budur”.

Digər səbəb bu idi ki, atam ölkə prezidentinə və aidiyyatı orqanlara universitetdə baş verən maliyə yeyintiləri, qanunsuz köçürmələr, imtahanların, diplom işlərinin pulla verilməsi və digər cinayətlər barədə hazırladığı məktub yollamışdı.

Bununla da ökədə daha bir supermarket xidməti göstərən təhsil müəssisəsi qapandı. Bu isə digər özəl ali məktəblərin də növbə ilə fəaliyyətinə xitam veriləcəyini deməyə əsas yaradır.
Geri qayıt