"11 sentyabrın" sirri - VİDEO

"11 sentyabrın" sirri - VİDEO 2001-ci il, 11 sentyabr tarixində dünya silkələndi. “Əl-Qaidə” terror təşkilatının rəhbəri, dünyanın bir nömrəli terrorçusu Üsamə bin Laden dünyanın bir nömrəli dövlətində, Amerika Birləşmiş Ştatlarında terror aktının müəllifi kimi dünya mediasının zirvəsini fəth etdi.

2001-ci i 11 sentyabrda ABŞ hava yollarına məxsus 4 sərnişin təyyarəsini qaçıraraq Dünya Ticarət Mərkəzini (“Əkiz qüllələr”) hədəf seçən terrorçular sübut etdilər ki... sən demə, ABŞ kimi fövqəldövlət belə terrordan sığortalanmayıbmış. Həmin gün Amerika tarixinə ən irimiqyaslı terror aktı kimi düşdü. ABŞ bunu bağışlamadı. Müttəfiqləriylə birlikdə antiterror koalisiyası yaradıldı və terrorizmə qarşı amansız müharibəyə start verildi.

11 sentyabr hadisələri təbii ki, Yaxın Şərq regionuna təsirsiz ötüşmədi. Məlum terror aktı müharibədən cana doymuş Əfqanıstanda yeni müharibə ocağını alovlandırdı. Əfqanıstanın ardınca İraq eyni aqibəti yaşamaq məcburiyyətində qaldı. İraqdan sonra Suriya, İŞİD və bu günlərdə ABŞ yenidən regionda müharibə planları cızır...

Əslində 11 sentyabrda nələr yaşandı?

Yerli saatla 07.59 radələrində Bostondakı “Loqan” beynəlxalq aeroportundan havaya qalxan, ABŞ hava yollarına məxsus “Boinq 767-223ER” tipli təyyarə eniş nöqtəsi Los-Angeles aeroportu istiqamətində hərəkətdə idi. Saat 08.14-də təyyarəylə əlaqə kəsilir və 08.16-da təyyarə səmtini dəyişir. Təyyarəni qaçıran terrorçu Məhəmməd Atta saat 08.23-də təyyarədəki sərnişinləri xəbərdar etmək istəyərkən səhv düyməyə toxunmaqla hava nəqliyyatına xəbər göndərmiş olur.

Saat 08.46 radələrində ABŞ hava yollarına məxsus 11 nömrəli sərnişin təyyarəsi, Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin şimal qülləsinə 94 və 98-ci mərtəbələrin arasından çırpılır.

ABŞ hava yollarına məxsus ikinci sərnişin təyyarəsi isə saat 09.03-də Dünya Ticarət Mərkəzinin cənub binasına 77 və 85-ci mərtəbələr arasından çırpılır. Sonuncu çırpılmadan 56 dəqiqə sonra Dünya Ticarət Mərkəzinin cənub binası uçur.

Vaşinqton “Dalles” beynəlxalq hava limanından havaya qalxan ABŞ hava yollarına məxsus 77 nömrəli sərnişin təyyarəsi yerli vaxtla 09.37-də Vaşinqtonda yerləşən Pentaqona çırpılır.

Saat 10.03 radələrində ABŞ hava yollarında məxsus 93 nömrəli sərnişin təyyarəsi hədəfə çatmadan Şanksville bölgəsində qəzaya uğrayır.

Törədilən terror aktına cavab olaraq 7 oktyabrda prezident Corc Buş Senatdan aldığı dəstəklə Əfqanıstanda hərbi əməliyyatlara başlayır.

Üsamə Bin Laden öldürülsə də, NATO qüvvələri Əfqanıstana girsə də, bu terrorun kökü kəsilmədi ki, kəsilmədi. ABŞ və müttəfiqləri kökünü qazıya bilmədikləri terrorla indi də Suriyada mübarizə aparmaqda israrlıdırlar. Qazanan kimdir, itirən kimdir?!

İndi isə 11 Sentyabr hadisəsi haqqında maraqlı faktlar:

- New York City 11 hərfdən əmələ gəlir.

- Əfqanıstan 11 hərfdən əmələ gəlir.

- Ramsin Yuseb (1993 cü ildə əkiz binaları hədələyən terroristin adıdır). 11 hərfdən əmələ gəlir.

- George W. Bush 11 hərfdən əmələ gəlir.

- New York, Amerikanın 11-ci əyalətidir.

- Əkiz binalara çırpılan ilk təyyarənin uçuş nömrəsi 11 dir.

- 11 nömrəli təyyarə 92 sərnişin daşıyırdı : 9+2=11.

- Nömrəsi 77 olan və və binaya çırpılan ikinci təyyarədə 65 sərnişin vardı : 6+5=11.

- Hadisə 11 sentyabrda yəni 9/11 də meydana gəldi : 9+1+1= 11.

- 911 eyni zamanda Təcili Yardım nömrəsidir : 9+1+1=11.

- 11 sentyabr ilin 254-cü günüdür : 2+5+4=11.

- 11 sentyabrdan ilin sonuna 111 gün qalır.

- Madriddəki 2004-cü il martın 13-də baş verən terror “əkiz
binalara” olan hücumdan 911 gün sonra baş verdi.

Təsadüfdürmü?
Geri qayıt