Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

Asəf İsmayılov bildirib ki, Qarabağ döyüşlərində qazi olan, həmçinin şəhid ailələrinin yaşadığı binanın qarşısı keçilməzdir. Şəhid ailələri və qazilər bir neçə dəfə bununla bağlı icra başçısına müracət etsələr də, onların şikayətlərinə baxan yoxdur.

Qeyd edək ki, iddialara görə rayonda yaşayan qazilər, şəhid ailələri problemləri ilə bağlı icra başçısının qəbuluna düşməkdə çətinlik çəkirlər. Vətən müharibəsi iştirakçılarının və qazilərin müxtəlif sosial, məişət və səhiyyə problemləri ilə bağlı müraciətlərinə lazımi diqqətin göstərilmir.
Qeyd edək ki, Azərbaycanda şəhid ailələrinə və qazilərə göstərilən diqqət dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında bu kateqoriyadan olan vətəndaşlara xüsusi həssaslıqla yanaşılmasının vacibliyini vurğulayıb. Bu səbəbdən də, icra başçısı kimi yüksək vəzifəli şəxsin qazilərə qarşı hörmətsizlik etməsi dövlətimizin apardığı siyasətə ziddir.
Vətəndaşlar icra strukturlarından, xüsusilə də yerli icra hakimiyyəti orqanlarından qazilərin hər cür probleminə operativ və həssas yanaşma gözləyirlər. Onlar hesab edirlər ki, qazilərə göstərilən hörmət, onların müraciətlərinə diqqətli yanaşma dövlətimizin onlara verdiyi dəyərin təzahürü olmalıdır.
Qarşı tərəfin mövqeyinin dərc etməyə hazırıq.