Atasına heykəl qoyduran deputat Prezident Adminstrasiyasına çağrıldı – FOTO

Atasına heykəl qoyduran deputat Prezident Adminstrasiyasına çağrıldı – FOTO Sabirabadda atasına heykəl qoyduran deputat Prezident Administrasiyasına (PA) çağrılıb.
Bu barədə deputatdan PA-ya şikayət məktubu ünvanlayan rayonun Nizami kənd sakinləri məlumat veriblər. Onların sözlərinə görə, Sabirabad rayonundan millət vəkili seçilən Rüstəm Xəlilovun atası Gülabba Xəlilov üçün heykəl qoyduraraq rayon sakinlərinə heykəli məcbur ziyarət etmələri göstərişini verdikdən sonra, kənd sakinləri PA-ya şikayət ərizəsi ilə müraciət ediblər.
“Prezident Administrasiyasına getdik. Dedilər ki, şikayətinizi yazılı olaraq bildirin. Dedilər ki, narahat olmayın, bu haqda ölçü götürüləcək. Biz də şikayətimizi elə oradaca yazıb, imzaladıq. Xəbər aldıq ki, artıq Rüstəm Xəlilov PA-ya çağrılıb. Ümid edirik ki, deputat bu əməlinə görə, cəzalanacaq” deyə şikayətçi rayon sakinləri saytımıza bildiriblər.
Onların sözlərinə görə, deputat atasının heykəli ilə bağlı xəbərlərin yayılmasından sonra kənd sakinlərindən qisas almağa başlayıb: “Kəndin icra nümayəndəsinə tapşırıb ki, kənd camaatı öz aralarında bölgü edərək hər gün biri atamın heykəli ətrafını süpürsün, heykəlin üstündəki gülləri yeniləsin”.
Mövzu ilə bağlı deputat Rüstəm Xəlilovla əlaqə saxlamağa çalışdıq. Lakin, deputat çoxsaylı zənglərimizə cavab vermədi. Qarşı tərəfin də məsələyə münasibətini öyrənib dərc etməyə hazırıq.
Xatırladaq ki, deputatın atası Xəlilov Gülabba 1982-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı, daha sonra Lenin ordeni ilə təltif olunub.
Qeyd edək ki, Xəlilov Rüstəm 64 saylı Sabirabad ikinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının üzvü kimi deputat seçilib, Milli Məclisin Regional məsələlər komitəsinin üzvüdür.

AzEuroNews.com
Atasına heykəl qoyduran deputat Prezident Adminstrasiyasına çağrıldı – FOTO
Atasına heykəl qoyduran deputat Prezident Adminstrasiyasına çağrıldı – FOTO

Geri qayıt