İsrail Müdafiə Qüvvələri: Hərbi Hava Qüvvələr İrandan buraxılmış raketləri zərərsizləşdirir

Müvafiq məlumat ordunun mətbuat xidmətinin teleqram kanalında yerləşdirilib.
“Bir müddət əvvəl İrandan İsrailə doğru buraxılmış raketlərin aşkarlanmasından sonra İsrailin bir neçə rayonunda sirenalar səsləndi. <...> Hazırda İsrail Hərbi Hava Qüvvələri təhlükəni aradan qaldırmaq üçün zərərsizləşdirmə və lazım olan yerlərdə zərbələr endirmək tədbirləri görür”, – bəyanatda deyilir.
Əhaliyə sığınacaqlarda gizlənmək tapşırılıb.