Mikayıl Cabbarov Andrey Sibiqa ilə ölkələrarası iqtisadi əməkdaşlığı müzakirə edib

Mikayıl Cabbarov Andrey Sibiqa ilə ölkələrarası iqtisadi əməkdaşlığı müzakirə edib  Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə görüşüb.

Bu barədə nazir "X" səhifəsində paylaşım edib.

"Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq, biznes missiyalarının təşkili, işgüzar əlaqələri təşviq edən platformaların təkmilləşdirilməsi barədə müzakirələr apardıq. Həmçinin nəqliyyat dəhlizlərinin ticarət əlaqələrinin gücləndirilməsində rolu barədə fikirlərimizi bölüşdük", - paylaşımda deyilir.
Mikayıl Cabbarov Andrey Sibiqa ilə ölkələrarası iqtisadi əməkdaşlığı müzakirə edib



Geri qayıt