AZAL Hindistana və Rusiyaya reyslərini təxirə salıb

Bu barədə "Azərbaycan Hava Yolları" (QSC) məlumat yayıb.
Aviaşirkət bəyan edib ki, uçuşların təhlükəsizliyi rəhbər tutularaq vəziyyət diqqətlə izlənilir və sərnişinlər yeniliklər barədə məlumatlandıracaq.
Bundan başqa, AZAL-ın Bakıdan Rusiyanın paytaxtı Moskvaya yerinə yetirilməsi planlaşdırılan J2-181 (“Domodedovo” aeroportu) və J2-807 (“Vnukovo” aeroportu) nömrəli reysləri təyinat məntəqəsində hava məkanının bağlı olması səbəbindən gecikir. Gecikən reyslərin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunublar.