Viza düzəltmək adı ilə insanları aldadıb pul atan “Avion Travel” şirkətinin sahibi Lalə Rəcəbovanın məhkəməsi başladı – Hakim hansı qərarı verəcək?

Çox saylı şikayətlər əsasında, viza düzəltmək adı ilə vətəndaşlara qarşı dələduzluq əməllərində təqsirləndirilən “Avion Travel” MMC-nin direktoru Lalə Rəcəbova həbs edilib.
L.Rəcəbova öz qulluq mövqeyindən sui-istifadə etməklə Bakı şəhəri, Yasamal rayonunda yerləşən ofisində Avropanın Almaniya, Norveç və Niderland ölkələrinə səfirliklərdən biri vasitəsilə viza düzəltmək adı ilə vətəndaşlara yalan vədlər verməklə müxtəlif məbləğlərdə pullarını talayaraq dələduzluq edib.

Məlumata görə onun əməllərindən zərərçəkənlərin çox olması istisna edilmir.
Hazırda Lalə Rəcəbovanın məhkəməsi başlayıb.
Nəsimi rayon Məhkəməsinin hakimi
Elməddin Hüseynov sədirliyi ilə başlayıb.
Şikayətçi vətəndaşlar inanır ki, onlara dəymiş ziyan ödəniləcək, “Avion Travel” şirkətinin rəhbəri Lalə Rəcəbovaya ən ağır cəza veriləcəkdir.
Sözügedən məsələni diqqətdə saxlayacağıq.
Xeberde.az