Göyərtəsində Trampın xüsusi nümayəndəsinin olduğu ehtimal edilən təyyarə "Vnukovo"ya enib

Bu barədə “Flightradar” xidmətinin məlumatlarında öz əksini tapıb.
Uçuş və eniş yerləri haqqında məlumat əlçatan olmasa da, xidmətin xəritəsinə əsasən, təyyarənin Vaşinqtondan uçduğunu və Moskva vaxtı ilə saat 10:17 radələrində Vnukovo hava limanı yaxınlığında olduğunu görmək olar.
Amerikalı blogerlərin məlumatına əsasən, HƏMAS və İsrail arasında atəşkəsin əldə olunmasına görə məsul olan Uitkoff Trampın ən yaxın tərəfdarlarından biridir.
Şayiələrə baxmayaraq, Rusiya prezidentinin rəsmi nümayəndəsi Dmitri Peskov Trampın hər hansı bir nümayəndəsinin Moskvaya səfəri barədə Kremlin məlumatlı olduğunu təkzib edib.