“Qalendvagen terroru”: Kərəm Həsənov Əli Həsənov olayından necə xal qazanır?

“Qalendvagen terroru”: Kərəm Həsənov Əli Həsənov olayından necə xal qazanır? “Qalendvagen terroru” günlərdir ki, medianın bir nömrəli mövzusudur; Bu da Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun əmisi oğlunun qudurğan hərəkətini gündəmdən çıxarıb...
Komitə sədrinin əmisi oğlu Kamal Həsənov 22 iyun 2017-ci il tarixdə İmanov Əhlimanı öz fermasının yaxınlığında, otlaqda heç bir səbəb olmadan ölümcül döyərək, ona ağır bədən xəsarəti yetirib.
Lakin məmur qohumunun özbaşınalığı diqqətdən kənarda qalıb. Çünki Baş nazirin müavini Əli Həsənovun nəvəsinin iki nəfəri öldürməsi və həbsi Kərəm Həsənovun əmisi oğlunun cinayətini arxa plana keçirib.
Bu da komitə sədrini sevindirib. Ə.Həsənovun sayəsində K.Həsənov bir müddət yaxasını kənara çəkməyə nail olub. Biləsuvarın Ovçubərə kənd sakini Ə.İmanovu döyən K.Həsənovla bağlı heç bir ölçü götürülməyib.
Döyülən şəxsin atası Abgül İmanov prezidentə video müraciətində bildirib ki, komitə sədrinin əmisi oğlu onun oğlunu vəhşicəsinə döyüb: “Cənab prezident, Kamal Həsənov mənim heyvanlarımı, təsərrüfatımı əlimdən zorla almağa çalışır.
Hazırda Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun doğma əmisi oğlu Kamal Həsənov qulluq mövqeyindən sui-istifadə etməklə, aldatma yolu ilə əhalinin kasıb təbəqəsinə ziyan vuraraq, onları dövlətdən narazı salmağa çalışır”.
Komitə sədri Ə.Həsənovun nəvəsinin olayından öz üçün xal qazanmaqla məşğuldur.
Ancaq döyülən şəxsin atası prezidentin məmurlara təvazökar olmağ çağırdığını xatırladıb. A.İmanov qeyd edib ki, bəzi məmurlar isə xalqı dövlətin üstünə qaldırır:
“Siz bildirmisiniz ki, qudurğanlıq edən heç bir məmura və yaxınına güzəşt olunmayacaq. Amma Kərəm Həsənovun doğma əmisi oğlu özbaşınalıq etməklə məşğuldur”.
Vətəndaş bildirib: “2011-ci ildə 100 ha otlaq sahəsinin 5 illiyə bizə icarəyə verilməsinə dair sərəncam verdi.
Həmin torpaq sahəsindən 4 il istifadə etdikdən sonra Kamal Həsənov bizi aldadaraq, etibarımızdan sui-istifadə edərək 2016-cı ilin yaz aylarında bizə məxsus torpaq sahəsini öz yaxın qohumunun adına sənədləşdirmişdir.
Məlumat üçün bildirək ki, biz həmin torpaq sahəsi üzərində 2 otaqlı yaşayış evi, mal-qaranın saxlanılması üçün 2 ədəd 108 kv.m sahəsi olan tövlə inşa etmişdik.
Bundan əlavə Kamal Həsənov bizim məlumatımız olmadan icarəyə götürdüyümüz torpaq sahəsinin 4,48 hektarını başqa şəxslərə satmışdır.
Bunlar azmış kimi, bu yaxınlarda, yəni 22 iyun 2017-ci il tarixdə övladım İmanov Əhlimanı öz fermasının yaxınlığında, otlaqda heç bir səbəb olmadan ölümcül döyərək, ona ağır bədən xəsarəti yetirmişdir. Cənab prezident, bu məmur barəsində tədbir görülməsinə göstəriş verməyinizi xahiş edirik”.
Geri qayıt