Kəlbəcərdə avtomobil dərəyə aşıb, ölən və xəsarət alan var

Kəlbəcərdə avtomobil dərəyə aşıb, ölən və xəsarət alan var
Kəlbəcərdə avtomobil dərəyə aşıb, ölən və xəsarət alan var

Kəlbəcər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Niva" markalı avtomobilin dərəyə aşması nəticəsində sürücü - Kəlbəcər rayon sakini, 1974-cü il təvəllüdlü Şahlar Sabir oğlu Dadaşov aldığı xəsarətdən ölüb.

Qəza zamanı habelə sərnişin - Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Allahverdi Elşən oğlu İbrahimbəyli müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, qəza yolun buzlu olması səbəbindən baş verib.(Report)

Faktla bağlı araşdırma aparılır.



Geri qayıt