Krala palçıq atanlarla bağlı araşdırma başladıldı

İspaniya polisi sözügedən məsələ ilə bağlı araşdırma başladıb.
Ölkənin “TVE” telekanalına danışan İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaskanın sözlərinə görə, insidenti araşdırmaqla Vətəndaş qvardiyasının Məlumat Qərargahı məşğul olur: “Ümid edirik ki, yaxın bir neçə saatda və yaxud gündə araşdırmada əhəmiyyətli irəliləyişə nail olacağıq”.
Xatırladaq ki, oktyabrın 29-da leysan İspaniyanın şərq və cənubunda daşqınlara səbəb olub. Ən son məlumata görə, təbii fəlakət nəticəsində 214 nəfər həlak olub.