Moldovada MSK-nın binasını yandırmaq istədilər

Moldovada MSK-nın binasını yandırmaq istədilər
Moldovada MSK-nın binasını yandırmaq istədilər

Moldovada Mərkəzi Seçki Komissiyasının (MSK) binasını, həmçinin Baş Polis Müfəttişliyinin dayanacağında bir neçə avtomobili yandırmağa cəhd edən 5 nəfər saxlanılıb.

Bu barədə Polis İdarəsinin saytında dərc olunmuş məlumatda deyilir.

“Baş Polis Müfəttişliyi və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə və Xüsusi İşlər üzrə Baş Prokurorluq bu gün səhər saatlarında MSK-nın binasını və Baş Polis Müfəttişliyinin dayanacağındakı avtomobilləri yandırmağa cəhd edən üç kişi və iki qadının həbs edilməsi barədə birgə məlumat yayıb. Həmin şəxslər 72 saatlığına saxlanılıb”, - məlumatda bildirilir.
Geri qayıt