177 nömrəli tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib

177 nömrəli tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib Bu gün 177 nömrəli tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.

Məktəbin direktoru Arzu Süleymanova açılış nitqi ilə çıxış edərək, 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təhsil ocağının müəllim kollektivini eləcədə şagirdləri təbrik edib. Bildirib ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyi əldə etməsi tarixi hadisədir və ölkə vətəndaşları üçün əlamətdar gündür.
Arzu Süleymanova müstəqilliyin bərpasından sonrakı hadisələrdən bəhs edərkən bildirib ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl olub. Ümummilli liderin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu və məqsədyönlü daxili və xarici siyasət dövlətimizin daha da güclənməsinə, regionda lider olmasına gətirib çıxarıb. Məktəb direktoru 44 günlük Vətən müharibəsinə diqqət çəkərək, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında məğlubedilməz Ordumuzun qələbəsinə diqqət çəkib. Vurğulayıb ki, bu qələbə xalqımızın qəlbində və zehniyyətində qəhrəmanlıq salnaməsinə çevrilib.









Geri qayıt