Yardımlı meşələrində "COP29-a hazırlıq" işləri gedir- FOTOLAR

Yardımlı meşələrində "COP29-a hazırlıq" işləri gedir- FOTOLAR Ölkəmizdə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili” olmağına və COP29 tədbirinin yaxın günlərdə  keçiriləcəyinə  baxmayaraq,   cənub meşələrində "yaşıl soyqrım" işləri davam edir.

Etibarlı mənbənin Mediatv.az-a verdiyi məlumata görə,11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin 1 saylı meşəbəyliyinin 2a saylı meşə dolayında el arasında "Pəhləcan" kimi tanınan yerdə adları "Qırmızı Kitab"a düşmüş sağlam  ağaclar işlik material kimi kəsilərək Masallıdakı  sexlərə daşınır.  Bu işi həyata keçirən həmin dolayın gözətçisi Hacı Adıyevdir.

Deyilənlərə görə,Hacı Adıyev deyir ki, mənim arxamda Meşələrin Inkişafı Xidmətinin rəisi Ramiq Əşrəfov durur və heç kim mənə heçnə edə bilməz.  Çünki o,  mənim doğma qardaşım Balamir Adiyevin yaxın dostudur.
Yardımlı meşə dolayları barəsində araşdırmamız davam edir,odur ki bizi izləməkdə olun.
Qarşı tərəfin mövqeyin dinləyib dərc etməyə hazırıq.
Qeyd:11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Nəsimi Nəsibov redaksiyamızla əlaqə saxladı.O yazılanların yalan olduğunu və bu şəkillərin həmən əraziyə aid olmadığını bildirdi.Biz tərəfin doğru, hansı tərəfin yalan olduğunu deyə bilmərik.Araşdırıb tədbir görmək aidiyyatı qurumların süəlahiyyətinə aiddir. (Mediatv)








Geri qayıt