Azərbaycan prezidenti Balakən rayonuna səfər edib

Azərbaycan prezidenti Balakən rayonuna səfər edib Azərbaycan prezidenti İlham Əliyev avqustun 3-də Balakən rayonuna səfərə gəlib.

Dövlət başçısı əvvəlcə Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında onun abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoydu.

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev prezident İlham Əliyevə parkda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.

Bildirilib ki, bu park həm rayon sakinlərinin, həm də qonaqların asudə vaxtlarını səmərəli keçirmək üçün üz tutduqları gözəl məkanlardan biridir. Burada istirahət üçün hər cür şərait yaradılıb.
Azərbaycan prezidenti Balakən rayonuna səfər edib
Azərbaycan prezidenti Balakən rayonuna səfər edib
Geri qayıt