ABŞ-ın Ermənistandakı səfiri sərhədimizə gəldi
ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuinn AB-nin mülki missiyası ilə birlikdə sərhədimizə gəlib və baxış keçirib.Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin yaydığı məlumatda deyilir.
“Birləşmiş Ştatlar davamlı və ləyaqətli sülhün bərqərar edilməsi istiqamətində Ermənistan və Azərbaycanın əldə etdiyi irəliləyişi alqışlayır”, - məlumatda bildirilib.
