Zakir Qaralov hesabat verdi

Zakir Qaralov hesabat verdi İyulun 31-də Baş Prokurorluqda 2017-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Qurumdan verilən məlumata görə, müşavirədə məruzə ilə çıxış edən baş prokuror Zakir Qaralov bildirib ki, hesabat dövründə qeydə alınan 78 qəsdən adam öldürmə cinayətindən 76 hadisənin açılması təmin olunub.

Qəsdən adam öldürmə cinayətlərinin sayı 2016-cı ilin birinci yarımili ilə müqayisədə 9 hadisə azalıb, qəsdən adam öldürməyə cəhd cinayətlərinin isə 100% açılması təmin edilib.

Yol qəzalarında xəsarət alanların sayı 832 nəfər azalsa da, ölənlərin sayı 11 nəfər artıb.

Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini və beynəlxalq humanitar hüququn normalarını kobud şəkildə pozaraq cari il iyulun 4-də Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndini ağır artilleriya qurğularından atəşə tutması nəticəsində kənd sakinləri - 51 yaşlı Sahibə Allahverdiyeva və onun 1 yaşlı nəvəsinin həlak olması, digər mülki şəxs 52 yaşlı Səlminaz Quliyevanın ağır bədən xəsarətlər alması, eləcə də vətəndaşların şəxsi mülkiyyətində olan əmlaklarının qəsdən məhv edilməsi faktlarına görə Füzuli rayon prokurorluqlarında dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq təxirəsalınmaz istintaq hərəkətlərinin yerinə yetirilməsi üçün istintaq-əməliyyat qrupu yaradılıb.
Zakir Qaralov hesabat verdi
Zakir Qaralov hesabat verdi
Geri qayıt