Çinin böyüklər üçün OYUNCAĞI: Sürücülər ÇARƏSİZ QALIB... - ETİRAZ VAR...

Belə sürücülərdən birinin sosial şəbəkə vasitəsilə etdiyi etirazı təqdim edirik.
Belə ki, Çin istehsalı olan “Changan” markalı avtomobilin sürücüsü bu modelin ehtiyat hissələrin olmamasından şikayətlənir.
O, avtomobilin arxa hissəsinə “Çinin oyuncağı”, “6 aydır ehtiyat hissəsi gözləyirəm, satanda belə deməmişdilər” sözlərini yazaraq öz etirazını bildirir.
Qeyd edək ki, son vaxtlar Azərbaycanda Çin istehsalı olan avtomobillər nisbətən ucuz satılsa da, amma keyfiyyətsizliyi ilə ciddi narazılığa səbəb olub.(Demokrat)