"Oba Market"dən alınan konfetdən qurd çıxdı - VİDEO

Pravda.az-ın xəbərinə görə, bunu siyasi fəal Aslan Həmidli bildirib.
""Oba market" şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan xanım, niyə tədbir görmürsünüz?! Gərək ki, xarab məhsullarınızdan kimsə vəfat etsin?! Qəti şəkildə xalqı düşünmürlər. Qurdlu malların satışı onun 50 min manatlıq maaşına təsir göstərmir deyə rahatdır. Nə zamana qədər belə olacaq?! Bu xalqı belə aşağılamağınızın sonu olacaqmı?!" - o qeyd edib.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.