İran səfiri Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı versiyalardan danışıb
![İran səfiri Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı versiyalardan danışıb](https://xalqxeber.az/uploads/posts/2024-05/medium/1716390012_9d924745-2529-3ae4-b732-746d49d12c07_850-3.jpg)
Bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali “NEWS.ru”ya bildirib.
Onun sözlərinə görə, hadisə ilə bağlı araşdırmanın nəticələrini səbirlə gözləmək qalır: “Bu nöqtədə bildiyimiz odur ki, qəzaya pis hava şəraiti səbəb olub. Aidiyyəti orqanlar bu məsələni araşdırır və biz bu barədə şərh verə bilmərik”.
Xatırladaq ki, mayın 19-da İbrahim Rəisinin helikopteri İranın Verzeqan şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində helikopterinin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub.