Yağış yağdı... `TƏMİZ` Binəqədi VENESİYAYA DÖNDÜ... - Amma gərək yağış yağmamaydı...

Qəsəbə sakinlərinin Moderator.az-a verdiyi məlumata görə analoji vəziyyət qış ayından davam edir:
“Binəqədi qəsəbəsində yollarımız onsuz da yaxşı deyildi. Birtəhər pis-yaxşı asfalt çəkmişdilər. Onu da “AZƏRSU” gəlib dağıdıb getdi. Belə ki, qəsəbədəki su xətlərini yenilədilər, yolun bir tərəfini isə dağıdılmış vəziyyətdə qoyub getdilər. Düzdür, sonradan gəlib bəzi yerlərə nazik örtüklü asfalt döşədilər, amma əksər yerlər eyni vəziyyətdə qaldı. 2 gündür məhəllədə hərəkət etmək çətinləşib. Ya gərək qayıq alaq, ya da uzunboğazlı çəkmə. Vəziyyət o həddə çatıb ki, 133 saylı avtobus da artıq bu məhəlləyə gəlmir, yolunu dəyişib. İki avtomobil öz istiqamətləri üzrə hərəkət edə bilmir. Gərək biri gözləsin ki, o biri keçsin. Əks halda digər avtomobil çökək bir yerə düşəcək. Sonra gəl ordan çıx da” deyə sakinlər bildiriblər.

