İş adamları Sumqayıt İH-nin rəsmisi Fəzail Hüseynovdan şikayət edirlər

İş adamları Sumqayıt İH-nin rəsmisi Fəzail Hüseynovdan şikayət edirlər
Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müdiri Fəzail Hüseynov ilə bağlı iş adamları tərəfindən ölkə rəhbərliyinə müraciət hazırlanır. Bu barədə xalqxeber.az-a iş adamları məlumat verib.
İş adamları yazır ki, 2016-cı ilin fevral-sentyabr aylaında Sumqayıt şəhərində yenidənqurma işlərinin bir hissəsinin görülməsi Zakir Fərəcov tərəfindən iş adamı Müqayis Verdiyevə həvalə olunmuşdu. Sahibkarlar qeyd edirlər ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müdiri Fəzail Hüseynovun vədlərnə aldanaraq onları tikinti materialları ilə təmin etmələrinə baxmayaraq bunun müqabilində verilməli olan pullarını ala bilmirlər.
Sumqayıt şəhərində görülən tikinti-abadlıq işləri aparan məşhur iş adamı Müqayis Verdiyev başda olmaqla digər sahibkarlar istintaqa verdiyi ifadəsində Fəzail Hüseynovun özbaşınalıqlarını və maxinasiyalarını ifşa ediblər. 30 min manatlıq mənimsəmədə ittiham olunan Müqayis Verdiyev və sözügedən başqa iş adamları ifadələrində Sumqayıtda görülən tikinti-abadlıq işlərində həayata keçirilən maliyyə əməliyyatlaı ilə yanaşı Fəzail Hüseynovun onlardan nə tələb etdiyi barədə qeyd ediblər.
Yeri gəlmişkən qeyd edək ki, Sumqayıtda tikinti təmir işlərini aparan iş adamları ilə bağlı mətbuatda yayılan məlumatlarda Fəzail Hüseynov və İcra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi Adil Xudadatovun tikinti şirkətlərindən öz şəxsi məqsədləri üçün yararlandığı barədə çeşidli məlumatlar dərc olunub. Həmin məlumatlarda qeyd olunurdu ki, adıçəkilən iki şəxs sözügedən iş adamlarına şəxşi işlərini gördürüb.
Belə ki, məlumatlarda Fəzail Hüseynovun həmin pullar hesabına xaricdə istirahət etməsi və İlham adlı iş adamının hesabına isə Mərdəkanda dünyada tayı-bərabəri olmayan malikanəsinin həyətində 70 min manatlıq iş gördürməsi əksini tapıb. Və iş adamlarının pullarınının hələ də qaytarmadığı bildirilir. Bütün bunlardan Zakir Fərəcovun xəbəri olub-olmadığını demək çətin olsa da görünən odur ki, Sumqayıtda tikinti işlərinə məsul olan Fəzail Hüseynov əməlli başlı "Akif Çovdarovluq" edib.
Mətbuatda həmçinin Fəzail Hüseynov memarlıq və tkinti şöbəsinin müdiri vəzifəsindən əvvəl Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən obyektlərdən və tikinti şirkətlərindən pul yığan əsas adamı kimi də təqdim olunub.
xalqxeber.az-a çatan məlumatlarda iddia olunur ki, hazırda Sumqayıtda görülən bütün tikinti işləri Fəzail Hüseynov və Adil Xudadatovun nəzarətindədir. Onlardan xəbərsiz Sumqayıtda daşı-daş üstə qoymaq belə mümkün deyil.
Xatırladaq ki, Sumqayıtda baş vermiş fəhlə ölümü ilə bağlı hadisə də bu iki nəfərin məsuliyyətsizliyi nəticəsində olub.
Qeyd edək ki, Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi ilə bağlı ölkə rəhbərinin əlavə tədbirlər haqqında sərəncamı olmuşdu və bununla bağlı büdcədən xeyli miqdarda vəsait ayrılmışdı. Bu işlərin görülməsi üçün məsul şəxs Sumqayıt şəhər icra hakimiyyəti memarlıq və tikinti şöbəsinin müdiri Fəzail Hüseynov idi.
Rəsmi məlumatda şirkət adının çəkilməməsi də qaranlıq mətləblərdən xəbər verirdi. İlk növbədə bir fəhlənin ölümü, birinin isə ciddi xəsarət alması ilə nəticələnən hadisə əməyin təhlükəsizliyi qaydalarının kobud şəkildə pozulmasından xəbər verir. Fəzail Hüseynovun adıçəkilən qurumları rəsmiyyətdə aldatmasının da üstü bu hadisədən sonra üzə çıxmışdı.
Ölümlə nəticələnən hadisə zamanı şirkət adının açıqlanmaması şübhələri artırmışdı. Əgər, prezident sərəncamı ilə Sumqayıt şəhərin yaşayış binalarının dam örtüyünün dəyişdirilməsinə pul ayrılırsa, burada mütləq tender keçirilməli idi. Bu baxımdan keçirilən tenderlərdə maxinasiyalara yol verildiyi açıq-aydın görünürdü.
Bütün bunların fonunda Zakir Fərəcovun Fəzail Hüseynovu müdafiə etməyəcəyi bizə çatan məlumatlar sırasındadır.

xalqxeber.az
Geri qayıt