Generalın harın oğlu ”srok”a gedir: Arzu Rəhimovun müavini kim olacaq?

Generalın harın oğlu ”srok”a gedir: Arzu Rəhimovun müavini kim olacaq? General Novruzəli Orucov oğlunu həbsdən xilas edə bilməyib
Rüstəm Orucovun 3 aylıq istintaq müddəti başa çatandan sonra məhkəmə keçiriləcək və hökm oxunacaq.
Avtobus şoferini döyən məmur balasının “srok”a gedəcəyi gözlənilir. Ölkə rəhbərliyinin qəzəbinə tuş gələn general oğlunun özbaşınalığı hiddət doğurub.
Onun qudurğan hərəkətləri barədə müşavirədə də prezident mesajlar verdi. Bu da ondan xəbər verir ki, R.Orucov əfv edilməyəcək və ev dustaqlığına buraxılmayacaq.
Vəkil isə deyib ki, aürücü Rüstəm Orucovun xəbərdarlıqlarına məhəl qoymayıb.
Rüstəm Orucovun vəkili Pəhləvan Aslanov bildirib ki, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilən Rüstəm Orucov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı İstintaq Təcridxanasına (Kürdəxanı) köçürülüb.
Rüstəm Orucov saxlanılan zaman ona dövlət hesabına vəkil təyin edilib. Həmin vəkil də 11 saylı hüquq məsləhətxanasının əməkdaşı Pəhləvan Aslanovdur.
Vəkil bildirib ki, Binəqədi Rayon Məhkəməsində hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə Rüstəm Orucov barəsində sanksiya seçilib:
“Rüstəm Orucov məhkəmədə avtobus sürücüsünü döydüyünü etiraf etdi. Bildirdi ki, sürücü onun valideynlərini təhqir edib.
Rüstəm onu xəbərdarlıq edib ki, valideynlərini söyməsin. Onun ifadəsinə görə, sürücü bu xəbərdarlığa məhəl qoymayıb və hadisə məhz bundan sonra baş verib.
Məhkəmə Rüstəm barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib”.
Vəkil bildirib ki, hazırda onunla qohumları tərəfindən müqavilə bağlanmayıb: “Mən dövlət tərəfindən təyin edilmişəm. Hazırda istintaq hərəkətləri aparılır.
Hələlik mənimlə müqavilə bağlanmayıb. O da ola bilər ki, ailə üzvləri başqa bir vəkillə müqavilə bağlasınlar”.
N.Orucov da oğluna qəzəblidir və onun ucbatından işini itirdiyini bildirir. Onun yerinə təyinat olmayıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun müavini postu hələ ki boş qalıb.
Mənbələr qeyd edirlər ki, A.Rəhimiv N.Orucovun gedişinə sevinir. Çünki onun postuna göz dikmişdi.
Onu himayə edən Vahid Əliyev isə PA-dakı vəzifəsini itirdi. Bir tərəfdən də oğluilə bağlı məsələ onun ümidlərini yerə vurdu.
Bundan sonra Orucova vəzifə veriləcəyi inandırıcı deyil. Deyilənlərə görə SHXDÇDX-də bəzi şöbə və rayon idarə rəisləri Orucəli Novruzova “rəis” deyə müraciət edirlər.
Bu müraciətləri ilə onlar Arzu Rəhimovu rəis kimi görmək istəmədiklərinə eyham vurmaqla yanaşı, Orucəli Novruzovu bu postda görmək istədiklərini bildirmiş olurlar.
Düzdür, iddia olunan bu məlumatın nə dərəcədə gerçək olduğunu bilmirik.
Ancaq bununla belə Arzu Rəhimovla Orucəli Novruzovun arasının soyuq olduğu strukturda hamıya aydırdır.
Orucəli Novruzov zaman-zaman SHXDÇDX-nin rəis olmaq üçün mümkün olan bütün əlaqələrindən istifadə edib.
Məlumatlara görə, bir zamanlar qılıncının dalı da, qabağı da kəsən sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qrupunda yer alan Novruzəli Orucov rəis olmaqdan ötrü Ziya Məmmədovdan da kömək istəyib.
Ziya Məmmədov isə bu məsələdə Novruzəli Orucova lazımi dəstəyi verəcəyini deyib. Lakin indi hər iki məmur vəzifəsindən uzaqlaşdırılıb.
Novruzəli Orucov bir zamanlar xidmət rəisi olmaq üçün Ziya Məmmədovdan olduğu kimi, Prezidentin Müdafiə məsələləri üzrə köməkçisi, Prezident Administrasiyasınıı rəhbərinin müavini, general-leytenant Vahid Əliyevin də dəstəyini ala bilmişdi.
General Novruzəli Orucovun oğlu Rüstəmin xuliqanlığa görə həbs edilməsi və atasının işdən qovulması hakimiyyətdəki bir sıra məmurlara növbəti dərs oldu desək yanılmarıq. Çünki beləsi olmamışdı və ölkə başçısı çox ciddi bir cəza verdi.
Geri qayıt