Güləşçimiz “Zaqreb Open”ə niyə qatılmır? – Rəsmi

Bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.
"Bu, idmançının məşqçilər korpusu ilə ortaq qərarıdır. Eldəniz komanda ilə Zaqrebə yollanır. Yarışdan sonra sözügedən şəhərdə yığmamızın təlim-məşq toplanışı gerçəkləşəcək. Eldəniz də orada olacaq", - deyə qurumdan bildirilib.
Qeyd edək ki, yanvarın 10-14-ü aralığında keçiriləcək “Zaqreb Open” turniri reytinq xarakterlidir.