Naxçıvan Dövlət Filarmoniyasında YEYİNTİ VAR... - İDDİA
Naxçıvan Dövlət Filarmoniyasında müxtəlif konsert proqramları ilə çıxış edən musiqiçi və rəqqasların qonorarları mənimsənilir. Bu haqda “Gündəlik Naxçıvan”a filarmoniyanın bir qrup işçisi məlumat verib. Onlar deyir ki, bu problem Ülvi Əhmədov filarmoniyaya müdir təyin olunandan sonra başlayıb.
Filarmoniya işçilərindən B.M. deyir ki, onlar vaxtaşırı Türkiyəyə, Bakıya və muxtar respublikanın rayonlarına qastrola göndərilirlər. Lakin, bu qastrollarda ayrılan yüksək qonorarlardan onlara pul çatmır:
„Yeni müdir gələnə qədər az-çox qonrar ala bilirdik. Bir ilə yaxındır Ülvi Əhmədov direktor təyin olunub. O gələndən konsert proqramlarının sayı da çoxalıb. Naxçıvanın bütün gözəl guşələrinə, kəndlərinə göndərir. Bütün bayram tədbirlərində konsert proqramı ilə çıxış edirik. Bu il polis günündə möhtəşəm konsert verdik. Yaxşı da qonrar köçürülmüşdü. Lakin, nə musiqiçilərə, nə də rəqqasələrə heç bir qonrar ödənilmir, hamısı mənimsənilir“.
Şikayətçilər deyir ki, hər dəfə konsert proqramından əvvəl onlara qonorar vəd olunur. Lakin, proqramdan sonra mühasib direktorun, direktor da mühasibin üzərinə atır və bu yolla qonorarlar mənimsənilir:
“Uzun illər burada can qoyan insanlar var. Bizim də övladlarımız, ailəmiz var. Qonrar istəyəndə yüz bəhanə gətirirlər. Bir az da səs-küy salanda direktor deyir ki, buradan maaş alırsınız, kim istəmirsə, işdən çıxsın. Biz əziyyət çəkirik, bəhrəsini isə direktor və ətrafındakı yaxın bir neçə adam görür. Uzun illərdir burada işləyən, ailəsinə çörək aparan adamlar var. Bu cür davam edərsə onların çoxu işdən çıxmağı düşünürlər. Yaxşı olar ki, aidiyyatı qurumlar arşdırıb, problemi yoluna qoysunlar ”.
Mənbə: “Gündəlik Naxçıvan”
Təqdim etdi: DİA-AZ.İNFO (Ərsoyun Bloqu)
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
Geri qayıtFilarmoniya işçilərindən B.M. deyir ki, onlar vaxtaşırı Türkiyəyə, Bakıya və muxtar respublikanın rayonlarına qastrola göndərilirlər. Lakin, bu qastrollarda ayrılan yüksək qonorarlardan onlara pul çatmır: