İsrail ordusu İordan çayının qərb sahilində 33 fələstinlini saxlayıb

Gündəm / Cəmiyyət

İsrail ordusu İordan çayının qərb sahilində gecə reydləri zamanı terror fəaliyyətlərində iştirak etməkdə şübhəli bilinərək axtarışda olan 33 fələstinlini saxlayıb, onlardan 20-si HƏMAS hərəkatının tərəfdarıdır.

Bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

“Gecə İudeya və Samariyada (İordan çayının qərb sahili - red.) təhlükəsizlik qüvvələri axtarışda olan 33 şəxsi saxlayıb, onlardan 20-si HƏMAS terror təşkilatının tərəfdarıdır”, - deyə məlumatda bildirilir.
Mətbuat xidmətinin verdiyi məlumata görə, ümumilikdə, oktyabrın 7-dən İsrail hərbçiləri İordan çayının qərb sahilində 1 750 fələstinlini, o cümlədən 1 050 HƏMAS tərəfdarını saxlayıblar.

Mənbə: TASS