İtaliyada sirkdən qaçan şirlə bağlı sakinlərə xəbərdarlıq edildi - VİDEO
- 12-11-2023, 12:00
- 484
Bu barədə Ladispoli şəhərinin meri Alessandro Qrando bildirib və həmyerlilərini küçəyə çıxmamağa çağırıb.
“Vacib bildiriş! Mediterraneo küçəsində yerləşən sirkdən şir qaçıb. Operativ şəkildə hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının dəstəyi ilə sirk işçiləri heyvanın tutulması istiqamətində əməliyyat keçirirlər. Xahiş olunur ki, mümkün qədər diqqətli olun və yeni bildiriş gələnə qədər olduğunuz yeri tərk etməkdən çəkinin”, - deyə A.Qrando “Facebook” hesabında yazıb.
Sosial şəbəkələrdə şirin Ladispoli küçələrində gəzdiyini əks etdirən videolar yayılıb. Bu məlumat şəhər sakinləri arasında birmənalı olmayan reaksiyaya səbəb olub: bəziləri təşvişə qapılıb, bəziləri isə heyvanın sirkdən qaçmasına sevindiyini açıq şəkildə ifadə ediblər.
“Yazıq heyvanlar! Ümid edirəm ki, şir tapılmayacaq və bu axmaq şoular bitəcək”, - deyə şəhər sakinlərindən biri sosial şəbəkədə yazıb.