"Maşın yanır, zəng edirəm, deyir, Azərbaycan dilini seçirsizsə 1, rus dilini seçirsinizsə 2 rəqəmini yığın..." - DƏLİXANADIR, VALLAH...
- 7-11-2023, 16:24
- 452
Tribunainfo.az xəbər verir ki, problemlə Sevda Həsənova üzləşib. “Azərsığorta, ayıbdır, bir nömrə verin zəng vuraq. Maşın yanır, zəng edirəm, deyir, Azərbaycan dilini seçirsizsə 1, rus dilini seçirsinizsə 2 rəqəmini yığın. Yığıram. Sonra deyir, yeni hadisədirsə 1, qiymətləndirmədirsə 2 rəqəmini yığın. Sonra yenə hansısa fikri deyir 1 və ya 2 nömrəsini yığın. Sonra da deyir sırada 2-ci adamsınız. Gözlə, ha gözlə. Sonra da deyirlər ki, hadisə vaxtı niyə zəng vurmamısınız? Bu biabırçılığa nə vaxt son qoyulacaq? İnsanların əsəbləri ilə bu qədər oynayarlarmı?” deyə, vətəndaş bildirib. //Tribunainfo.az//
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...