Yasamalda KÖRPƏLƏR EVİNDƏ BÖYÜKLƏRİN TAMAHI... - İTTİHAM VAR!
- 29-09-2023, 11:29
- 427
Təsəvvür edirsiniz, uşaq bağçasında neçə nəzarətçi, neçə dayə, tərbiyəçi, aşpaz, bağban və s işçilər olsa da çoxu işdə tapılmır, onların sadəcə adları işdə gedir. Bütün bunlar azmış kimi, uşaq bağçaları və körpələr evində çalışan müəllimələrin, müdirələrin çoxunun ali təhsili, bəzilərinin isə, ümumiyyətlə, orta ixtisas təhsili yoxdur. Belə olan halda məktəbəqədər körpələri məktəblərə necə hazırlamaq olar..? Görün biz körpə balalarımızı kimlərə əmanət edirik..? Bu məqamda məcburuq ki, yenidən Elm və təhsil naziri Emin Əmrullayevin Bakı təhsil işçilərinin sentyabr konfransında dediyi fikirlərə istinad edək: “Finlandiyada məktəbəqədər təhsil müəssisəsində çalışanların böyük əksəriyyətinin minimum magistr təhsili olmalıdır, bəzən hətta doktorantura təhsili tələb edilir. Yuxarı pillərlərdə isə bu tələb bir qədər aşağıdır. Lakin bizdə bu pillədə çalışanların müəyyən bir hissəsi TƏHSİLİ OLMAYANLARDIR”.
Birincisi, təhsil nazirinə demək lazımdır ki, sən bu gözəl sözləri kimlərə deyirsən, nazirsən, konkret tədbir gör dəə...
Təsəvvür edirsiniz, Finlandiyada və digər ölkələrdə uşaq bağçalarında, körpələr evində çalışanlar magistraturanı, hətta doktoranturanı bitiriblər. Bizdə isə, nəinki ali, heç orta ixtisas təhsili olmayanlar bağçalarda gələcək nəslimizi yetişdirir. Hətta uşaq bağçalarında uşaqları döyürlər...
Sözün qısası, belə uşaq bağçalarından biri də Yasamal rayonu, İnşaatçılar pr.40 ünvanında yerləşir. Bu uşaq bağçasına Sultanova Gülnarə Fəxrəddin qızı rəhbərlik edir. Ümumiyyətlə, bu körpələr evi-uşaq bağçasında yol verilən qanunsuzluqlarla bağlı dəfələrlə sosial şəbəkələrdə yazıblar, valideynlər şikayət ediblər. Bağçada təhsil alan uşaqların valideynlərindən pul vəsaitlərinin yığılması burada adi hal alıb. Bundan başqa faktiki olaraq işləməyən şəxslərlə bağlı saxta əmək haqqı sənədlərinin tərtib edilməsi də ciddi araşdırılmalıdır.
Bəli, Gülnarə Sultanova uşaq bağçasını özünün şəxsi obyektinə çevirib. Bu azmış kimi Gülnarə Sultanova əlavə 3-4 uşaq bağçasına da “ağbirçəklik” edir...
Bu məqamda Gülnarə Sultanovanın özəl həyatına toxunmadan qeyd etmək istəyirik ki, uşaq bağçaları, körpələr evi həm də TƏLİM-TƏRBİYƏ məkanıdır. Gülnarə Sultanova kimilərin burada çalışması məqsədəuyğun deyil. Yəqin söz sahibi nə demək istədiyimizi başa düşəcək... Gülnarə Sultanova həm də maklerlik edir, uşaq bağçalarının ərazisinin satılıb-alınmasında iştirak edir... Yəni bu adam üçün pul hər şey deməkdir...
Bütün bunlar azmış kimi redaksiyamıza daxil olan bir məlumat xeyli təəccübümüzə səbəb oldu. Bu haqda növbəti yazımızda tam təfərrüatı ilə açıqlama verəcəyik. Bakı Şəhər Baş Təhsil İdarəsi isə öz sözünü hər an deməlidir, söz sizindir. //gundelik-baku.com//