Daşqın İsgəndərovla bağlı ilginc iddialar - PROSES BAŞLAYIB...
- 15-09-2023, 13:08
- 757
M.Qəhrəmanlı qeyd edir ki, kulualarda gəzən söhbətlərə görə, artıq Daşqın İsgəndərovun kadrlarının "vurulması" prosesinə start verilib və ilk hədəfdə olanlardan biri də hazırda "Azəriqaz" İstehsalat Birliyində direktorun Təmir-Tikinti işləri üzrə müavini postunu tutan Ramil İsgəndərovdur.
DİA.AZ-ın məlumatına görə, artıq rəhbərlik tərəfindən R.İsgəndərovun ərizəsinin alındığı iddia olunur.
Onu da qeyd edək ki, Daşqın İsgəndərov bu günlərdə SOCAR-da vitse-prezidentlikdən alınaraq müşavir kimi təyin olunub və bu da onun mövqelərinin kifayət qədər zəifləməsi kimi anlaşılır. DİA,AZ vurğulayır ki, D.İsgəndərov yerli KİV-də gizli oliqarx-məmurlardan biri kimi təqdim olunur...
Əlavə bilgilərimiz olacaq.
İddia olunanlarla bağlı Xalqxeber.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...