"Onlar cəmiyyəti murdarlayan şarlatanlardır" - ETİRAZ
- 14-09-2023, 07:41
- 605
İllərlə saxtakarlığa vərdiş etmiş alimin ekspert qismində quruma cəlb edilməsi, sonra dürüstlükdən dəm vurulması lap biabırçılıqdır.
Qurum rəhbərliyinin faktı etiraf etməməsi böyük məsuliyyətsizlikdir. Etiraf yoxdursa, deməli, xəyanət var. Xəyanət olan yerdə isə gələcək yoxdur.
Bir neçə rüşvətxorun başı orta çağın cəza metodlarına uyğun olaraq gilotinə qoyulsa, inanın ki, cəmiyyət düzələr.
PS. AAK sədri Famil Mustafayevi AMEA prezidenti İsa Həbibbəylidən də çox istəyirəm, amma vətəndaşı olduğum və güvəndiyim dövlətin adı gələndə bu zatlara olan məhəbbətim öləziyir.
PPS. İşdən, vəzifədən, yaldan ötrü çaqqal olmağa razı olan, kimisə tənqid (şantaj) edib iş alandan sonra dilini qarnına qoyan riyakar alimlərə hörmətim yoxdur və olmayacaq. Onlar cəmiyyəti murdarlayan şarlatanlardır.
İdris Abbasov
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun
Nəzəri dilçilik şöbəsinin müdiri,
filologiya elmləri doktoru, professor