Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
- 14-08-2023, 17:53
- 368
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, yağıntıların qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Bəzi dağ çaylarında sululuğun artacağı, qısamüddətli sel keçəcəyi ehtimalı var.
Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.