Gəncə Şəhər Birləşmiş Xəstəxanası 167 min manatlıq tenderdə qalibini seçdi - Papka, pozan, ağardıcı və diyircəkli qələmlər almaq üçün

Gündəm / Cəmiyyət

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "Dəftərxana və təsərrüfat malları" ilə bağlı elan etdiyi tender başa çatıb.

Tenderin qalibi "A4 OFİS" MMC olub. Tərəflər arasında 166.998,32 AZN-lik müqavilə imzalanıb.

167 min AZN-lik tenderə "Ağardıcı qələm tipli qələm, Dəftərxana sancağı 25mm, Diyircəkli qələm qara, Diyircəkli qələm göy, Diyircəkli qələm qırmızı, Fayl 60 mik 1x100, Qələm qədiyyən, Papka plastik içdən metal sixaclı , 3s qalınlıqlı, A4 plus forat, pozan" alınması daxildir.

Bildirək ki, "A4 OFİS" MMC-nin qanuni təmsilçisi ELŞƏN MƏMMƏDOV ABBASƏLİ OĞLU, nizamanamə kapitalı 10 AZN-dir.32gun.az