“Zəhra, bağışla ki, mən səni tanımırdım...” - Leyla Əliyeva
- 6-07-2017, 09:11
- 58 408
xalqxeber.az xəbər verir ki, o, rəsmi instaqram hesabında mələk obrazında, qanadları olan qız şəkli paylaşıb. Leyla Əliyeva şəklə öz yazdığı şeiri əlavə edib.
Rus dilində yazılan şeiri L.Əliyeva “Zəhra haqda xatirə” adlandırıb. O, misralarda Zəhraya ünvanlanan bir neçə xitabdan istifadə edib - “Səni niyə öldürdülər?”, “2 yaşında sənin günahın nədir?”, “Söylə, sən dənizdə çimirdinmi? Uçan quşları görürdünmü?”, “Bizim evimizə bu boyda kədəri kim saldı?”.
Fondun vitse-prezidenti şeirdə əlavə edib ki, Zəhra bizim aramızdan mələk kimi getdi: “Bağışla ki, mən səni tanımırdım, bağışla ki, bütün ölkə ağlayır”.