Leyla Əliyeva Zəhradan yazdı (FOTO)
- 5-07-2017, 19:52
- 72 980
Leyla Əliyeva instaqram səhifəsində Zəhranın şəklini paylaşaraq "Allah rəhmət eləsin” yazıb.
L.Əliyevanın paylaşımı qısa müddət ərzində minlərlə izləyici baş sağlığı verib.
Xatırladaq ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı hərbi hospitala çatdırılaraq əməliyyata götürülüb.