Ağsuda Qarabağ Qazisini DİNLƏYƏN YOXDUR... - NARAZILIQ VAR!
- 4-08-2023, 12:32
- 390
Əvvəllər hər iki şəxs məndən şikayət vermişdilər ki, vaqon kafe kimi fəaliyyət göstərir. Vaqon yalnız mövsümə uyğun fəaliyyət göstərirdi. Şikayətdən sonra vöen açdırdım və vaqona kassa aparatı qoydurdum. Qeyd edim ki, əvvəllər də vaqondan təqribən 1000 manat dəyərində oğurluq olunmuşdu. Vaqon 12 metr uzunluğuda, 4 metr enində idi. Oğurluq hadisəsindən sonra polisə izahat verib vaqon olan əraziyə qayıtdıqda gördüm ki, həm icra nümayəndəsi, həm də bələdiyyə sədri ərazidə çəkiliş aparırlar. O halda mən də onları çəkməyə başladım və az sonra polisə məlumat verdim ki, mən hər iki şəxsdən şübhələnirəm. Düzdür, Fərhad Fərhadov adlı şəxs də bunlara qoşulduqdan sonra, onlar məni “banditizm”ə verdilər. Guya ki, mən ərazidə reketçilik edirəm, icra nümayəndəsindən və bələdiyyə sədrindən aylıq haqq alıram və s. kimi addımlarımı atıram. Hər kəsin diqqətinə çatdırmaq istəyirəm ki, mən uzun illər dövlətimizə, xalqımıza ləyaqətlə xidmət etmişəm, özüm Qarabağ müharibəsi veteranıyam və hal-hazırda dövlətdən pensiya alıram. Bir sözlə, hər zaman dövlətimizin, xalqımızın yanında olan şəxs olmuşam. Hal-hazırda bu şəxslər məni həbs etdirmək istəyirlər. Ona görə də daxili işlər naziri cənab Vilayət Eyvazovdan xahiş edirəm ki, təhlükəsizliyimin təmin olunması üçün aidiyyatı üzrə müvafiq tapşırıqlarını versin. Bir müddət bundan əvvəl, hər üç şəxsin şikayəti əsasında məni 10 saat “banditizm”də saxladılar və aparılan araşdırmalar zamanı bəlli oldu ki, barəmdə deyilənlərin hamısı ağyalandır. Bu gün mənim özüm onlardan şikayətçiyəm və həbs olunsam da, şikayətimdən geri çəkilən deyiləm. Çünki, mənim şəxsi əmlakımı dörd nəfər, yəni Orac Kazımov, Fərhad Fərhadov, Cavid Qədirov və Tofiq İmaməliyev altüst ediblər. Bu şəxslərin biri icra nümayəndəsidir, biri bələdiyyə sədridir, digəri isə İqtisadiyyat Universitetinin müəllim işləyir. Dörd ildir ki, bu şəxslərlə çəkişirəm və haqlı olduğum üçün bütün məhkəmələrdə mənim xeyrimə qətnamələr, qərarlar çıxarılıb. Qeyd edim ki, indiyə kimi bu şəxslərin fırıldaq əməllərini, hər cür mənimsəmə faktlarını üzə çıxarmağa çalışmışam. Araşdırılsa o da məlum olar ki, hər dörd şəxsin heç bir yaxını Qarabağ döyüşlərində iştirak etməyiblər, mən isə beş il bu Vətən uğrunda erməni faşistlərinə qarşı döyüşmüşəm”.
Bəli, baş verənlərə diqqət yetirdikdə bəlli olur ki, uzun illər ərzində dövlətimizə, xalqımıza ləyaqətlə xidmət edən, Vətən torpaqlarının yağı düşmən tapdağından azad olunması üçün həyata keçirilən döyüş əməliyyatlarında iştirak edən, bu gün isə kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa qərar verən Alov Hacıyev, hal-hazırda olmazın olayla üzüzə qalıb. Ümidvarəq ki, bu şəxsin daxili işlər naziri cənab Vilayət Eyvazovdan etdiyi xahiş, yəni problemin lazımi səviyyədə araşdırılması yöndə istəyi qısa zaman kəsiyində ədalətin bərqərar olması ilə nəticələnəcək. Yazıda adı keçən hər kəsin mövqeyini dinləyə bilərik.
Mövzuya qayıdacağıq. //azerinfo.az//