İran Xəzərdə hərbi təlimə başlayıb
- 4-07-2017, 15:21
- 80 918
Bunu Şimal Donanmasının və İran Hərbi Dəniz Qüvvələri 4-cü zonasının komandanı Əhmədrza Baqiri bildirib.
“Birinci mərhələ cari ilin mart ayında keçirilib. Təlimin beşinci və sonuncu mərhələsi 2017-ci ilin avqustunda keçiriləcək və Xəzərdə 88 min kv. metr ərazini əhatə edəcək”, - deyə Əhmədrza Baqiri vurğulayıb.
Onun sözlərinə görə, təlim zamanı yeni hərbi qurğu və silahlar, o cümlədən “Sahil-dəniz” tipindən olan raket-kosmik sistemindən istifadə planlaşdırılır.