Travmatologiya İnstitutunda qalmaqal - Direktor iki bacını niyə eyni əsasla cəzalandırıb?
- 3-07-2023, 07:38
- 544
Qeyd edək ki, eyni aqibəti 10 ildir həmin İnstitutda işləyən şikayətçinin doğma bacısı Bayramova Jalə Ayaz qızı da yaşayıb. İnstitut rəhbərliyi onu da işlədiyi şöbədən digərinə, gecədən gündüz növbəsinə keçirib. Şikayətçi bacılar barələrində atılan bu addımın şəxsi prinsipdən qaynaqlandığımı deyirlər.
Azinforum.az olaraq, səslənən ittihamlarla bağlı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru Şahin Əkbərovla əlaqə saxladıq. O, saytımıza açıqlamasında bildirdi ki, bacılarıla bağlı görülən tədbirin əsaslı səbəbi olub: “Onların dolabında lazımsız tibbi ləvazimatlar aşkarlanıb. Həmin dəriman və ləvazimatlar orada saxlana bilməzdi. Bütün bu hallar şöbənin müdiri və digər əməkdaşların iştirakı ilə sənədləşdirilib. Onlarla hətta humanizm çərçivəsində davranılaraq, eyni əmək haqqı ilə başqa şöbəyə işə keçiriliblər. Gedib hər yerə şikayət edirlər. Hamısına da cavablar vermişik. Biz heç bir qanunsuzluq etməmişik”.
Redaksiyadan: Hər iki tərəfi dinlədikən sonra ortaya maraqlı detallar çıxır. İnstitut rəhbərliyinin imzası ilə verilən rəsmi əmrdə yazılıb ki, tibb bacıları əmək fəaliyyətlərini lazımınca yerinə yetirə bilməyiblər, xəstələrlə bağlı təyinatdan kənar olan müalicələr aparıblar, öz dolablarında qadağan olunan tibbi ləvazimatlar saxlayıblar. Bu əmrin doğruluğuna inansaq, onda sual olunur: niyə Şahin həkim bu bacıların işdən azad edilməsi ilə bağlı qərar verməyib? Onları başqa şöbəyə keçirməklə, bacıların əməllərini orda da davam etdilməsini istəyir? Dolabda xəstəxanadan oğurlanan dərmanlar aşkar edilibsə, niyə bu barədə əlaqədar hüquq-mühafizə orqanlarına şikayət edilməyib? Bütün bunları təhlil edəndə, maraqlı qənaət hasil olur. Görünən budur ki, tərəflər arasında duran ziddiyyətin kökləri daha dərindir və rəsmiləşdirilən müddəalar formal xarakter daşıyır. Məhz bu səbəbdən də direktor bacılarla yollarını əbədi ayırmaqdan ehtiyat edir. Məhz buna görə də, bu halın araşdırılmasını İnstutut rəhbərliyinin öhdəsinə buraxmaq olmaz. Mütləq mənada, Səhiyyə Nazirliyi və əlaqədar hüquq-mühafizə qurumları həmin İnstututda bu halın araşdırılmasına başlamalıdır. Uzun illər həmin İnstutuda çalışan iki bacının eyni vaxtda, eyni ittihamla cəzalandırılması maraqlı suallar doğurur. Direktorun bu bacılarla bölüşə bilmədiyi nədir ki, əvvələr çox yaxşı münasibətləri olduğu, hətta dəfələrlə yaxşı xidmətlərinə görə təltif etdiyi işçilərə indi verilən töhməti İnstitutun “Şətəf Löhvəsi”- ndən asmağı zəruri bildi? Niyə direktor tibb bacılarının nöqsanlarını məhz 13 ildən sonra görüb, onları cəzalandırmaq qərarına gəldi? Suallar çoxdur. Azinforum.az hər iki tərəfin mövqeyinin əks edildiyi videomaterialı təqdim edir. Mövzunu diqqətimizdə saxlayacayıq…